Bakı Tikiş Evi

1937-ci ildən Volodarski adına tikiş fabriki olaraq fəaliyyətə başlamış, 1999-cu ildə özəlləşdirilərək “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Müəssisədə 1988-1989-cu illərdə əsaslı surətdə yenidənqurma işləri aparılmışdır. Müəssisədə 1,2,3,4,5 saylı tikiş sahələri, hazırlıq, sınaq, biçim sahələri və bunlardan başqa laboratoriya, buxarxana, ütü və presləmə sahələri fəaliyyət göstərirlər. Müəssisə 1991-ci ildə Azərbaycan Respublikasının ordu quruculuğunda fəal iştirak edərək əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin etməyə başlamış və bu sahədə böyük təcrübə qazanaraq ixtisaslaşmışdır. Günümüzdə Bakı Tikiş Evi, "Keyfiyyət Qalıcıdır" şüarı ilə məqsədli şəkildə çalışaraq, müştərilərinə layiqincə xidmət edir.

Quality materials

Gurantee 100% polyurethane and 100% polyester

Free shipping

We free shipping for all oders over $199

Secure payment

Guarante 100% secure payment online on our website

“Bakı Tikiş Evi” ASC Azərbaycanda yeganə tikiş müəssisəsidir ki, Türk Standartları İnstitutu tərəfindən verilmiş KY-1885-03\KG-02 saylı 18.09.2003 tarixli TS-EN-İSO 9001:2001 (AQAP) Dünya Keyfiyyət Sertifikatına malikdir və bu sistemin şərtlərinə uyğun olaraq çalışır. Bu sertifikata sahib olmaq imkan vermişdir ki, “BTE” ATSJ 11-13 oktyabr 2002-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş Dünya Tekstil və Geyim Sərgisində iştirak etmiş və öz istehsalı olan hərbi və mülki geyimləri uğurla nümayiş etdirərək təşkilatçılardan təşəkkürnamə almışdır.

Əlaqə Məlumatları

Mağaza Ünvanı

Mərdənov Qardaşları 113 (Rusiya səfirliyinin qarşısında) 012-597-45-39 bakitikisevi.az@gmail.com